Azərbaycan yığmasının sabiq futbolçusu Vurğun Hüseynov karyerası ilə bağlı son qərarını verib.
Mövsümün sonunda "Kəpəz"lə müqaviləsi başa çatacaq 36 yaşlı müdafiəçi futbolçu karyerasını vida edəcək.
Əslində təcrübəli futbolçu ötən yay peşəkar karyerasını bitirdiyini ictimaiyyətə açıqlamışdı. Hətta ona uzun illər şərəfini qoruduğu "Sumqayıt"da məşqçi kimi çalışması da təklif olunmuşdu.
Lakin son anda "Kəpəz"dən təklif alan arxa xətt oyunçusu o zaman burada baş məşqçi kimi çalışan Azər Məmmədova kömək etmək məqsədilə daha bir il davam etmək qərarı vermişdi.
Hüseynov karyerasına "Turan"da başlayıb. Müxtəlif illərdə "Qəbələ" və "Turan Tovuz"da çıxış edib. Milli komandada 15 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ

