COP29

MESAJ VAR: “Qəbələ”ni udub bütün suallara nöqtə qoyarıq”

28 Aprel 14:00 Kəpəz 371
MESAJ VAR: “Qəbələ”ni udub bütün suallara nöqtə qoyarıq”

Turun maraqlı və prinsipial oyunlarından biri Qəbələdə baş tutacaq.

Yerli komanda elitada qalmaq uğrunda mübarizə apardığı əsas rəqibi “Kəpəz”i qonaq edəcək.

17 xalla sonuncu pillədə yer alan qəbələlilərdən fərqli, gəncəlilər 31 xalla 9-cudur. Finişə 5 tur qalmış 14 xal heç də az fərq deyil.

Bütün hallarda “Qəbələ” meydana qalib gəlmək üçün çıxacaq. Çünki xal itkisi Kaxaber Tsxadadzenin komandasının Premyer Liqa ilə vidalaşmasını rəsmiləşdirəcək.

“Kəpəz”in əsas futbolçularından olan Şakir Seyidov Sportinfo.az-a açıqlamasında bu oyun barədə danışıb:

“Mövsümün başa çatmasına 5 tur qalıb. Hər an hər şey ola bilər. İnşallah, “Qəbələ”ni udub bütün suallara nöqtə qoyarıq.

Çox yaxşı formadayıq. Təbii ki, həmişə qalib gəlmirik.

Bəzən heç-heçə edirik, bəzən uduzuruq. Əsas odur ki, baxımlılıq planında çox yaxşı oynayırıq. “Qəbələ”ylə matçda hər şeyi həll edəcəyimizə inanıram”.

Aprelin 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Kəpəz” dueli saat 15:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti