Onun "Qarabağ"a etdiyi jest baş məşqçini qəzəbləndirib?

11 Aprel 23:40 Kəpəz 2 308
Onun "Qarabağ"a etdiyi jest baş məşqçini qəzəbləndirib?

"Azərbaycan klubarı "Qarabağ"la qarşılaşanda sanki onları qoruyaraq oynayır".

"Kəpəz"in baş məşqçisi Adil Şükürovun "Qarabağ"a 1:6 məğlub olduğu qarşılaşmadan sonra mətbuat konfransında səsləndirdiyi bu fikirlər gündəmə bomba kimi düşdü.

Haqlı olaraq həmkarlarından bu sözə görə ondan incik düşəni də oldu, ictimaiyyət tərəfindən sərt tənqid edənləri də.

Amma bir az dərin düşünəndə görürsən ki, bu irad əslində digər klublara yox, birbaşa "Kəpəz"in özünə tuşlanıb.

Bir az yaxın keçmişə qayıdaq...

Premyer Liqanın 12-ci turunda "Kəpəz" Tovuz şəhər stadionunda "Qarabağ"ı qonaq etməliydi. Amma həmin matç Ağdam təmsilçisinin müraciəti və bölgə klubunun razılığı əsasında oyun Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirildi. Gəncə təmsilçisinin 1:7 hesabı ilə darmadağın olduğu qarşılaşmadan sonra komandanın baş məşqçisi Azər Məmmədov istefa verməyə qərar vermişdi.

Və bu dəfə "Kəpəz" Adil Şükürovun başçılığı altında "Qarabağ"dan irihesablı məğlubiyyət aldı - 1:6.

Əsas oxşar məqam isə odur ki, birinci darmadağında olduğu kimi, bu dəfə də "Kəpəz" Tofiq Bəhrəmov adına Respublika stadionuna ev sahibi kimi ayaq basmışdı. "Qarabağ"ın evində ev sahibi olmaq cəhdi...

Görünür, elə məhz bu məqam Şükürovu bu qədər sərt danışmağa vadar edib.

Ki, niyə "Qarabağ"ın nazı ilə bu qədər oynayırıq.

Tovuzda qəbul etsək, rəqib yorulacaq, süni örtükdə, yad meydanda mübarizə aparmalı olacaq.

Belədə hətta xal qazanmaq şansımız yarana bilər.

Məsələn, "Turan" doğma publika önündə 2:2 hesablı bərabərliklə bunu bir dəfə bacarıb.

Əksinə oyun Bakıda, "Qarabağ"ın özünü tam rahat hiss etdiyi doğma meydanda keçirilir və "Kəpəz" hər iki halda da biabır hesabla məğlub olur.

Əgər Şükürov həqiqətən niyyətində bu məqamı tutub, amma iz itirmək üçün fərqli danışıbsa, məncə, haqq verməmək insafsızlıq olar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU