COP29

AFFA-nın adamına şikayət etdi: "Onu işdən çıxarın!" - VİDEO

1 Aprel 14:40 Kəpəz 1 356
AFFA-nın adamına şikayət etdi: "Onu işdən çıxarın!" - VİDEO

«Kəpəz» azarkeşi AFFA-nın Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadovla görüşüb.

Tərəflər Bayılda - Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən «Səbail» - «Turan Tovuz» matçı (1:1) zamanı bir araya gəlib.

Bu kadrlar da sosial şəbəkələrdə yayılıb. Görüntülər hər şeyi deyir: gəncəli fanat Cavadova yaxınlaşaraq, «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadirinin vəzifədən uzaqlaşdırılmasına köməklik göstərməsi üçün federasiyanın təmsilçisinə müraciət edir.

O da öz növbəsində Nadiriyə gücünün çatmadığını deyir.

Bu polemika virtual aləmdə böyük maraqla qarşılanıb və yazılan şərhlərdən bəlli olur ki, «Kəpəz»də islahatların aparılmasını istəyən fanatların sayı kifayət qədər çoxdur.

Onlar klubda baş alıb gedən problemlərə həmişə biganə qalmış Cavadovu şiddətlə qınayıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"