"Kəpəz"ə rahatlıq yoxdur - Növbəti təhlükə qapıda

26 Mart 23:00 Kəpəz 2 185
"Kəpəz"ə rahatlıq yoxdur - Növbəti təhlükə qapıda

"Kəpəz" demək olar ki, Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəlib.

Gəncə təmsilçisi sona 9 tur qalmış liqada qalmaq uğurunda mübarizə apardığı əsas rəqibi "Qəbələ"ni 11 xal qabaqlayır.

Bu cür üstünlüyün əldən veriləcəyi inandırıcı görünmür.

Qarşıda isə bölgə klubunu daha böyük çətinlik gözləyir.

Belə ki, komandanın bir neçə əsas heyət üzvünə yaxşı təkliflər var.

Onları komandada saxlamağın yeganə yolu maaşlarını artırmaqdır.

Burada isə söhbət heç də az məbləğdən getmir.

İl boyu maddi sıxıntıdan əziyyət çəkən klubun yayda həmin maliyyəni əldə edəcəyi reallıqdan çox uzaqdır.

Bu isə növbəti mövsüm üçün yenidən komanda formalaşdırmağın vacibliyini gözlər önünə sərmiş olacaqdı.

Maraq üçün bildirək ki, indiki kollektiv iki mövsümə araya-ərsəyə gəlib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti