Pulunun olmadığını söylədi, icraçı direktoru minnətçi saldı, istədiyini aldı

22 Mart 09:50 Kəpəz 823
Pulunun olmadığını söylədi, icraçı direktoru minnətçi saldı, istədiyini aldı

«Kəpəz»in mövsümün qalan hissəsində ev oyunlarını harada keçirəcəyi dəqiqləşib.

Stadionu sökülən Gəncə təmsilçisi yenidən Tovuza dönüb.

Bu istiqamətdə aparılan danışıqlar heç də hamar keçməyib. «Turan Tovuz» təqvimin sıxlığını və meydançanın yüklənməsini əsas gətirərək, öncə qarşı tərəfə mənfi cavab verib.

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri vəziyyəti belə görüncə, Futbolun İnkişafı Fondunun (FİF) icraçı direktoru Tural Piriyevə müraciət edərək.

Beləcə, FİF-in aparıcı şəxsinin iştirakıyla İ,Nadiri və Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev arasında üçtərəfli görüş görüş keçirilib.

«Sarı-göylər»in rəhbəri komandanın yollarda qaldığını, çoxsaylı borclarının olduğunu, bu üzdən başqa yerə getməyə pul tapmadıqlarını iddia edib.

Tural Piriyev növbəti dəfə köməklik göstərməsi üçün E.Quliyevə minnətçi düşüb. Sonuncu FİF-in icraçı direktorunun sözünü yerə salmayaraq, «Kəpəz»in bura qayıdışına razılıq verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"