Azərbaycan klubundan qaçdı, Xəzərin o tayında anlaşdı

20 Mart 11:05 Kəpəz 6 644
Azərbaycan klubundan qaçdı, Xəzərin o tayında anlaşdı

Yaxınlarda «Kəpəz»dən ayrılan Vladislav Vasilyuçek özünə yeni komanda tapıb.

Ötən ilin yayında Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalamış belaruslu qapıçı Azərbaycanı Qazaxıstana dəyişib.

O, yüksək liqada mübarizə aparan «Turan»a keçib.

Baş məşqçi Adil Şükürovun bu ilin əvvəlində əvəzedici heyətə göndərdiyi legioner klub rəhbərliyinə hörmətlə yanaşmayıb.

30 yaşlı «əlcək sahibi» buradan gedərkən onlara xəbərdarlıq etməyib və təyyarə biletini də şəxsi puluyla alıb.

Vasilyuçek sezonun əvvəlində əsas heyət üzvü sayılsa da, etibarını tez itirdi. Premyer Liqanın ilk turlarında yol verdiyi kobud səhvlərdən sonra İqor Rodriges düşərgəyə cəlb olundu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"