Bir ayağı “Qarabağ“da, bir ayağı AFFA-da… Rəhbər baş məşqçinin əlində qalıb

19 Mart 11:40 Kəpəz 2 252
Bir ayağı “Qarabağ“da, bir ayağı AFFA-da… Rəhbər baş məşqçinin əlində qalıb

“Kəpəz”in Azərbaycan Premyer Liqasında cari mövsümün son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək.

“Kəpəz” XXVIII turda “Qarabağ”la ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Gəncəlilər XXXI turda “Sabah”ı, XXXIII turda “Sumqayıt”ı, XXXV turda isə “Zirə”ni qəbul edəcək.

Həmin matçların məkanı ilə bağlı klubda fikir ayrılığı yaranıb. İdarə Heyətinin sədri İlqar Nadiri Sumqayıta müvəqqəti köçün tərəfdarıdır.

O, “Mehdi Hüseynzadə“yə köçən “Sumqayıt“la danışaraq, “Kapital Arena“nı icarəyə götürməyi təklif edib. Adil Şükürov rəhbərin fikrini dəstəkləmir.

Baş məşqçi bu şəhərin Gəncədən xeyli uzaqda yerləşdiyini, hər dəfə ora gedib-gəlməyin komandada yorğunluq yaradacağını bildirib.

Gəncə şəhər stadionu bir neçə ay öncə sökülüb. Bu üzdən “Kəpəz“ mövsümün əvvəlindən bəri rəqibərini gah Tovuzda, gah Qəbələdə qəbul edib.

Üç həftə öncə “Qəbələ“ də meydançanın yüklənməsini əsas gətirərək, buranın qapılarını “sarı-göylər“in üzünə bağlayıb.

Şükürovun Sumqayıtdan imtinası Nadirini alternativ variantlar üzərində işləməyə məcbur edib. O, “Qarabağ“ın qapısını döyüb.

Həmkarlarından Suraxanıda yerləşən “Azərsun Arena“nı istəyib. Həmçinin Şamaxıya köç də gündəmdədir.

Bilindiyi kimi, bu rayonda tikilən stadion AFFA-nın balansındadır. Sədr “Qarabağ“la paralel, federasiya ilə danışıqlar apararaq, Şamaxıdakı arenadan istifadəyə icazə almağa çalışır.

Hazırda Şamaxı stadionu iki komandanın istifadəsindədir. Yerli “Şamaxı“ ilə yanaşı, “Difai“ də I Liqadakı rəqiblərini burada qəbul edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"