Bölgə klubunda yaranmış müəmmaya AYDINLIQ GƏLDİ

16 Mart 16:00 Kəpəz 605
Bölgə klubunda yaranmış müəmmaya AYDINLIQ GƏLDİ

"Klub olaraq bir neçə aydır ki, akademiya binasının imkanlarından yararlanırıq".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev deyib.

Gəncə şəhər stadionu ötən ilin ikinci yarısından yenidənqurma səbəbindən "Kəpəz"in üzünə bağlandı.

"Kəpəz" Futbol Akademiyasının açılışının gecikməsi səbəbindən klubun arxada qalan müddətdə buraya buraxılmaması barədə qeyri-müəyyənlik vardı.

Amma Azad bəy yaranmış duruma aydınlıq gətirib:

"Hələ AFFA rəhbərliyi akademiya binasına baxış keçirməmişdən də öncədən müəyyən otaqlardan istifadə etməyə başlamışdıq. Çünki stadion söküləndən sonra oturmağa yerimiz yox idi.

Hazırda da soyunub-geyinmə, müəyyən inzibati otaqlardan, trenajordan istifadə edirik. Texniki işçilər, komandalar akademiyadan istifadə edirsə necə ola bilər ki, rəhbərlik içəri buraxılmasın? Akademiya klubun ixtiyarındadır. Rəhbərlik də eynidir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"