Pulu özü verdi, Premyer Liqa klubundan qaçıb getdi

13 Mart 13:40 Kəpəz 927
Pulu özü verdi, Premyer Liqa klubundan qaçıb getdi

«Kəpəz»də gözlənilən ayrılıq reallaşıb. Vladislav Vasilyuçek Gəncə təmsilçisi ilə vidalaşıb.

Ötən ilin yayında 1 illik müqavilə imzalayan belaruslu qapıçı Azərbaycanı tərk edib.

Baş məşqçi Adil Şükürovun bu ilin əvvəlində əvəzedici heyətə göndərdiyi legioner klub rəhbərliyinə hörmətlə yanaşmayıb.

30 yaşlı «əlcək sahibi» buradan gedərkən onlara xəbərdarlıq etməyib və təyyarə biletini də şəxsi puluyla alıb.

Vasilyuçek sezonun əvvəlində əsas heyət üzvü sayılsa da, etibarını tez itirdi. Premyer Liqanın ilk turlarında yol verdiyi kobud səhvlərdən sonra İqor Rodriges düşərgəyə cəlb olundu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!