"Kəpəz"dən sponsor açıqlaması: "Görüş keçirilib"

11 Mart 16:00 Kəpəz 976
"Kəpəz"dən sponsor açıqlaması: "Görüş keçirilib"

"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Sportinfo.az-a verib.

Klub rəsmisi Gəncə təmsilçisinin yeni sponsorla anlaşması iddialarına münasibət bildirib:

"Klub rəhbərliyi olaraq Futbolun İnkişafı Fondu ilə birgə çalışıb "Kəpəz"ə sponsor tapılması üçün fəaliyyət göstəririk.

Bu, bizim və fond rəhbərliyi üçün hazırda ən prioritet məsələdir. Həm birlikdə, həm də ayrı-ayrı olaraq müxtəlif səviyyələrdə görüşlər keçirilir, müzakirələr aparılır.

İş adamları, şirkətlərlə danışıqlar olur. Təəssüflər olsun ki, hələ müsbət yöndə irəliləyiş yoxdur".

O, aktiv görüşlərin baş tutduğunu, amma ortada real anlaşma olmadığını dilə gətirib:

"İstər klubumuz, istərsə də FİF tərəfindən ayrı-ayrı şirkət təmsilçiləri klubun mövcud səraiti ilə tanış olmaq üçün bazaya dəvət olunurlar.

Növbəti belə görüş keçirilib. Ortada hər hansı bir razılıq əldə edilməyib.

Sadəcə, bazaya baxış olub. Təbii ki, kluba sponsor tapılarsa, biz buna yalnız sevinə bilərik.

Çünki məqsədimiz Gəncə futbolunu layiq olduğu yerə qaldırmaqdı".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti