Bölgə klubunun legioneri bağışlanmaq istəyirsə...

12 Mart 22:20 Kəpəz 548
Bölgə klubunun legioneri bağışlanmaq istəyirsə...

“Kəpəz”də əvəzedici komandaya göndərilən Adama Niane əsas komandaya qaytarılmaya bilər.

Adil Şükürov futbolçunu sərəncamında görməkdə maraqlı deyil.

Səbəb onun daxili ab-havanı korlamasıdır.

Fransalı məşqlərdə intizamsızlıq etdiyi üçün ikinci komandaya göndərilib. Bu hal birinci dəfə yaşanmır.

O, Şükürovun komandaya yeni gəldiyi vaxtlarda da oxşar intizamsılığı ilə yadda qalıb.

Sadəcə çalışdırıcı forvarda xəbərdarlıq etməklə kifayətlənib.

Onsuz da performansından narazı olduğu futbolçunun bir də intizamsızlıq etməsi Şükürovu sərt qərar verməyə vadar edib.

Adama yalnız baş məşqçi və futbolçulardan səhvinə görə üzr istəyəcəyi halda bağışlana bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"