"Kəpəz" problemin həlli üçün iki Premyer Liqa klubunun qapısını döydü

16 Mart 17:00 Kəpəz 677
"Kəpəz" problemin həlli üçün iki Premyer Liqa klubunun qapısını döydü

“Kəpəz”in ev oyunlarını harada keçirəcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Komanda “Qarabağ”la növbəti ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Sonrasında isə Gəncə təmsilçisini bu statusda daha 3 matç gözləyir. Amma hələ də stadionlar bağlı problem davam edir. Bəs məsələ niyə bu qədər uzanır?

Bəzi detallar əldə etmişik.

Ən uyğun variant Tovuz Şəhər Stadionunda rəqibləri qonaq etməkdir. Qonşu rayonun təmsilçisi ilə danışıqlar davam edir. Razılıq əldə olunması üçün şanslar da az deyil. Amma alınmamaq ehtimalı da var.

Baş məşqçi Adil Şükürov bu halda oyunlarının təbii meydançada keçirilməsini istəyir.

Klubun “Bona Dea Arena” istəyinə AFFA-dan müsbət reaksiya gəlməyib.

Belədə Qərb təmsilçisi başqa qapılara üz tutmalı olub.

Söhbət “Azərsun Arena” və “Bank Respublika Arena”lardan gedir.

Hər iki meydança üçün uyğun olaraq “Qarabağ” və “Sabah” klublarına müraciət ünvanlanıb.

Əgər Tovuz “Kəpəz”i qəbul etməyə razılaşmasa, komanda məhz bu iki stadiondan birinə üz tutmalı olacaq.

Sonda xatırladaq ki, “Kəpəz”i qarşıda “Qarabağ”dan başqa “Sabah”, “Sumqayıt” və “Zirə” ilə ev oyunları gözləyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"