"Mən Premyer Liqada qalacağımıza əminəm, "Neftçi"yə uduzmağı ağlımızdan keçirmirik"

9 Mart 14:00 Kəpəz 1 590
"Mən Premyer Liqada qalacağımıza əminəm, "Neftçi"yə uduzmağı ağlımızdan keçirmirik"

«Açığını deyim, mən komandamızın Premyer Liqada qalacağına artıq əminəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisi 25 turdan sonra 26 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

«Sarı-göylər» son sıradakı «Qəbələ»dən 11 xal öndədir.
Klubun birinci şəxsi indiki vəziyyətin tamamilə onların xeyrinə olduğunu bildirib:

«Mövsümün başa çatmasına 11 tur qalıb. Riyazi cəhətdən hər şey mümkündür.

Amma reallıq deyir ki, komandamız yüksəlişdədir və 11 xallıq fərqi əldən verməyəcək.

Keçən mövsüm də çoxu söyləyirdi ki, «Kəpəz» Premyer Liqadan düşəcək. Bu il də deyənlər çox idi ki, axırıncı yeri «Kəpəz» tutacaq.

Şükür, gördüyümüz işlərin, apardığımız islahatların sayəsində bu vəziyyətdən çıxdıq. Komandada əhval-ruhiyyə əladır.

Biz də rəhbərlik olaraq əlimizdjən gələni edirik ki, onlara dəstək olaq.

Növbəti rəqibimiz «Neftçi»dir. inanıram ki, «Neftçi»dən də azı 1 xal alacağıq. Uduzmağı ağlımızdan keçirmirik»

Digər Xəbərlər
Xəbər Lenti