“Bilirdik ki, bu, çox çəkməyəcək”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyev deyib.
Mövsümün əvvəlində “Kəpəz”in durumu ağır idi. Hətta əksəriyyət Gəncə təmsilçisinin Premyer Liqanı tərk edəcəyini deyirdi.
Nə baş verdi? Yüksəlişə necə nail oldular?
Sezonun başında “Turan Tovuz”dan gələn “QƏbələ”nin yetirməsini dinləyək:
“Gec-tez toparlanmalıydıq. Komanda olaraq danışdıq, götür-qoy etdik.
Rəhbərlik də dəyişiklik etməyin vacib olduğunu bildirdi. Biz də əlimizdən gələn qədər mübarizə aparırıq”.

