Azərbaycan Premyer Liqasında üçüncü… Biri çatmadı

5 Mart 2024 02:10 Kəpəz 618
Azərbaycan Premyer Liqasında üçüncü… Biri çatmadı

Premyer Liqanın XXV turunda 18 qol vurulub.

Sportinfo.az xəbər verir ki, bu, mövsümün üçüncü məhsuldarlığıdır.

Yalnız X və XVI turlarda daha çox – 19 qol qeydə alınıb.

Rekordun təkrarlanması üçün bir top çatmayıb. Orta məhsuldarlıq 3,60-a bərabər olub.

“Neftçi” – “Qarabağ” (1:4) və “Qəbələ” – “Səbail” (2:3) oyunlarının hərəsində 5 qol vurulub. “Sumqayıt” – “Kəpəz” (1:3) qarşılaşmasında bu rəqəm 4-ə bərabər olub.

“Sabah” – “Araz-Naxçıvan” (2:0) və “Zirə” – “Turan Tovuz” (1:1) duellərinin hərəsində iki qol qeydə alınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti