Bəsdirin, az ağlayın!

5 Mart 23:00 Kəpəz 986
Bəsdirin, az ağlayın!

Bir komandanın uğurlu olması üçün ilk olaraq nə lazımdır?

Bu gün bu sualla hansı futbol adamına müraciət etsək, oxşar cavablar alacağıq.

Yaxşı maliyyə mütləqdir.

İnfrastruktur normal olmalıdır.

Qidalanmaq şərtdir.

Siyahını bir qədər də uzatmaq olar.

Kifayət qədər məntiqli arqumentlərdir.

Bir peşəkar klubun ilk sahib olmalı olduqları şeylərdi.

Qısası, hər biri vacibdir.

Amma hər şey də deyil.

Bunu bizə əyani olaraq "Kəpəz" göstərir.

Premyer Liqanın autsayderlərindən olan Gəncə təmsilçisinin bu gün problemlərindən saatlarla danışmaq olar.

Dünənə qədər avtobusu olmayan komanda bu gün ev oyunlarını keçirməyə meydança tapmır.

Məncə, bunun fonunda başqa əskiklərdən danışmaq mənasızdır.

Və bu qədər acınacaqlı durumun içində Adil Şükürovun yetirmələrinin oyununa, nəticələrinə baxın.

Son turda Premyer Liqanın 2-ci pilləsində qərarlaşan "Sumqayıt"a səfər meydanında şans tanımadılar - 3:1.

Qış fasiləsində pulsuzluq üzündən Gəncədən kənara çıxa bilməyən bölgə klubu mövsümün ikinci yarısı meydana çıxdığı 7 görüşdə 4 qələbə qazana bilib.

"Qarabağ" xaricə digər 8 klubun bacarmadığı statistikadır.

Deməli, istək olanda, ortaya inam qoyanda, məqsədinə çatmaq eşqi ilə alışıb-yananda pulsuz da qəhrəmanlıq etmək mümkündür.

Məncə, Şükürovun "Kəpəz"ində olan bu elemetlər bəzi klubların məşqçilərinə birbaşa mesaj olmalıdır - az ağlayın!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti