“Yaxşı hal deyil, əlimizdən heç nə gəlmir” – AÇIQLAMA

28 Fevral 20:20 Kəpəz 446
“Yaxşı hal deyil, əlimizdən heç nə gəlmir” – AÇIQLAMA

Premyer Liqada qalmaq uğrunda əsas mübarizənin “Kəpəz”lə “Qəbələ”nin arasında gedəcəyi sirr deyil.

Ötən həftə komandalar arasındakı şəxsi görüşdə gəncəlilərin əsas rəqibi üzərində əldə etdiyi 2:1 hesablı qələbədən sonra Nizami yurdunun təmsilçisi 8 xal önə keçib.

Lakin Kaxaber Tsxadadzenin “qırmızı-qaralar”ın başına keçməsindən sonra vəziyyətin dəyişəcəyinə ümid edənlərin sayı az deyil.

Lap deyək ki, “Kəpəz” elitada qaldı. Belədə, komandanın durumu necə olacaq?

Onsuz da, klub məhdud büdcəyə sığınıb, komandanın stadionu yoxdur, qapılarda qalıb.

Cari mövsümdə güc-bəla ilə vəziyyətdən çıxmağa çalışırlar. Növbəti futbol ilində də belə olsa, əcnəbi futbolçular qərb təmsilçisi ilə yola davam etməyə razılıq verəcəklər?

Komandanın Portuqaliyadan olan yarımmüdafiəçisi Latir Fal Sportinfo.az-ın məlum mövzu ilə bağlı sualını cavablandırıb:

“Nə demək istədiyinizi çox yaxşı başa düşürəm. Bəli, baza və stadionumuz yoxdur, ev oyunlarımızı başqa bölgələrdə keçiririk.

Bu, yaxşı hal deyil. Ancaq bu gün əlimizdən heç nə gəlmir.

Qarşımızda duran məqsəd komandanı Premyer Liqada saxlamaqdır. Hamı bunu düşünür.

Hədəfin öhdəsindən gələk, növbəti mövsümdə yəqin ki, bəzi problemlər öz həllini tapar”.

Gəncə şəhər stadionunda aparılan əsaslı təmir işlərinə görə “Kəpəz” oktyabrdan bu yana rəqiblərini Qəbələ və Tovuzda qəbul edir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti