Paytaxtı bölgəyə dəyişən forvard necə "dirildi"? - AÇIQLAMA

24 Fevral 17:00 Kəpəz 516
Paytaxtı bölgəyə dəyişən forvard necə "dirildi"? - AÇIQLAMA

Qış fasiləsində klubunu dəyişən futbolçulardan biri də Amil Yunanov oldu.

Mövsümün birinci yarısını “Səbail”də keçirən forvard qışda “Kəpəz”ə icarəyə verildi.

Tovuzlu futbolçunun bölgə klubunda ilk günləri heç də pis getmir.

Qısa müddətdə əsas heyət üzvünə çevrilən “29 nömrə” meydana çıxdığı 6 matçda aktivinə 3 qol yazdırmağı da bacarıb.

Halbuki Bayıl təmsilçisində keçirdiyi 2 dövrə ərzində meydana çıxdığı 12 qarşılaşmada 1 qol belə vura bilməmişdi.

Maraqlıdır, bəs “Kəpəz”də nə dəyişdi ki, Yunanov qolları sıralamağa başladı?

29 yaşlı hücumçu sorğumuza cavab olaraq bunları dedi:

"Səbail"də yetərli qədər forma şansı almırdım. Bəli, 12 oyunda meydana çıxmışam.

Amma ümumi götürsək iki dövrə ərzində cəmi bir oyunda start heyətdə yer aldım. Onda da 60 dəqiqə.

Həmin görüşdə də qol vurmağa yaxın idim, amma olmadı. Digər oyunlarda 5-10 dəqiqə meydanda olduğum üçün nəsə etmək çətin idi.

Burada şükür Allaha, daha çox meydanda oluram. Çalışacam ki, qollarımın davamını gətirim.

Əsas odur ki, qollarımın komandama faydası çox dəysin”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti