Premyer Liqa təmsilçisi legionerin əvəzedici komandaya yolladı

16 Fevral 17:00 Kəpəz 1 076
Premyer Liqa təmsilçisi legionerin əvəzedici komandaya yolladı

“Kəpəz” qapıçısı Vasilyuçek Vladislavla bağlı sərt qərar verib.

Bölgə klubu əcnəbi kiperi əsas komandadan uzaqlaşdırıb.

O, bir müddətdir əvəzedici komandada məşqlərə çıxır.

Buna səbəb belaruslu futbolçunun qış fasiləsində rəhbərliyin yolları ayırmaqla bağlı təklifini rədd etməsi olub.

Çərçivə qoruyucusunun Gəncə təmsilçisi ilə yaya kimi müqaviləsi var.

Vladislavin göndərilməsi təqdirində təzminat ödənilməsi şərtdir. Baş məşqçi Adil Şükürova lazım olmayan legionerin də istəyi budur.

Əgər son anda “1 nömrə” klub rəsmilərinə güzəştə getməsə, mövsümün sonuna kimi ikinci komandada məşqlərini davam etdirməli olacaq.

29 yaşlı qolkiper ötən yay “Kəpəz”ə transfer olunub.

Əcnəbi oyunçu arxada qalan müddətdə meydana çxıdığı 6 matçda qapısında 9 qol görüb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti