"Kəpəz" 3000 manatlıq şərt irəli sürdü, "Qəbələ" RAZILAŞDI

13 Fevral 22:20 Kəpəz 2 357
"Kəpəz" 3000 manatlıq şərt irəli sürdü, "Qəbələ" RAZILAŞDI

Premyer Liqanın 23-cü turunda bütün diqqətlər «Kəpəz» və «Qəbələ»yə yönələcək.

Fevralın 23-də keçiriləcək qarşılaşma böyük ölçüdə çempionatın gedişatına təsir edəcək.

Premyer Liqada qalmaq uğrunda mübarizə iki komanda arasında getdiyindən, qalibiyyət tərəflərin hər biri üçün həyati əhəmiyyətlidir.

Bilindiyi kimi, Gəncə şəhər stadionu mövsümün əvvəlində təmirə bağlanıb və «Kəpəz» öncə Tovuza, ardınca Qəbələyə üz tutub.

Tovuzda stadionun işıq dirəklərinin aşması nəticəsində qonşu rayondan Qəbələyə yollanan «sarı-göylər» burada keçirdiyi hər oyuna görə 3000 manat ödəməli olur.

«Kəpəz» rəhbərliyi ayın 23-dəki matçla bağlı «Qəbələ»dən olan həmkarlarını seçim qarşısında qoyub.

Şərb təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadiri «qırmızı-qaralar»ın rəsmiləri ilə əlaqə saxlayaraq, onları öz şərtləriylə tanış edib.

Bildirib ki, baş məşqçi Adil Şükürov qarşılaşmanın nominal ev sahibi qismində «Qəbələ»nin meydanında keçirilməsinin əleyhinədir.

O, təklif edib ki, əgər «Qəbələ» oyunun başqa məkanda təşkilini istəmirsə, 3000 manatlıq «yer haqqı»ndan vaz keçsin.

«Kəpəz»in sədrinin «taktiki manevr»ini başa düşən ikincilər bu şərtlə razılaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti