“Kəpəz”dən bu nəticəni gözləmirdilər. düşünürdülər ki, sonuncu yeri tutacağıq”

9 Fevral 22:20 Kəpəz 1 118
“Kəpəz”dən bu nəticəni gözləmirdilər. düşünürdülər ki, sonuncu yeri tutacağıq”

“Hər şey komandamızın öz əlindədir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisi Premyer Liqanın 21-ci turunda “Araz-Naxçıvan”a 3:1 hesabıyla qalib gəldi. Qərb komandası bu göstəriciylə xal ehtiyatını 20-yə çatdırıb və “Qəbələ” ilə aradakı xal fərqini 5-ə çatdırıb.

İ.Nadiri hazırkı vəziyyəti müsbət qiymətləndirsə də, qətiyyən arxayınlaşmadıqlarını bildirib:

“Komandamızın potensialı var. Mən bunu əvvəldən görürdüm və deyirdim.

Sadəcə, istək çatışmırdı, indi bu istək də yüksək səviyyədədir. Baş məşqçi dəyişikliyindən sonra komandada çox iş görülüb.

Açığı, əksəriyyət “Kəpəz”dən bu nəticələri gözləmirdi. Düşünürdülər ki, Premyer Liqanın aşkar autsayderi “Kəpəz”dir və sonuncu yeri tutacağıq.

“Qəbələ”dən 5 xal qabağa çıxmaq mühüm üstünlükdür. Ancaq başa düşürük ki, mübarizə qabaqdadır.

Çempionatın başa çatmasına xeyli qalıb və biz çalışıb bu istək və həvəslə yolumuza davam etməliyik. Hər bir futbolçumuz öz üzərinə düşən məsuliyyəti başa düşür.

Bütün rəqiblərlə başabaş mübarizə aparırıq. Hətta lider “Qarabağ”la da. Bir rəhbər olaraq bu, məni çox sevindirir”.

Digər Xəbərlər
Xəbər Lenti