Premyer Liqa klubu I Liqadan kimi heyətinə qatdı?

9 Fevral 01:50 Kəpəz 474
Premyer Liqa klubu I Liqadan kimi heyətinə qatdı?

"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportal.az xəbər verir ki, Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq. Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artıra bilər.

Ədilxan Qarəhmədov yarımmüdafiəçi mövqeyində çıxış edir. 23 yaşlı futbolçunun sonuncu klubu I Liqa təmsilçisi "İrəvan" olub.

"Kəpəz" bu qış Amil Yunanov (“Səbail”, icarə) və Camal Cəfərovu ("Sabah", icarə) da heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti