Rəhbərin sözüylə oturub-duran baş məşqçinin bəxti necə və nədə gətirdi?

8 Fevral 16:00 Kəpəz 634
Rəhbərin sözüylə oturub-duran baş məşqçinin bəxti necə və nədə gətirdi?

2024-cü il «Kəpəz» üçün yaxşı başlayıb.

İlin ilk üç turunda 6 xal toplayıblar.

«Turan Tovuz»dan sonra «Araz-Naxçıvan»ı da məğlubiyyətə uğratdılar. Adil Şükürovdan indi hamı razıdır - şəhər də, azarkeş də, rəhbərlik də.

Ən böyük üstünlüyü nədir? Klubun başbilənləri ilə dil tapması.

O, İdarə Heyətinin sədri İlqar Nadirini özünə çox yaxın buraxıb və komandanın idarə olunmasında iştirakına şərait yaradıb. Azər Məmmədov bu işdə məsuliyyəti tamamilə öz üzərinə çəkmişdi, zamanla yanıldığını gördü, onda da ta gec idi.

Şükürov belə eləmir. Nadiri ilə münasibətlərinə istilik qatmaqla çox əngəli ortadan qaldırıb.

Sədr taktiki məsələlərə qarışmasa da, heyətin müəyyənləşdirilməsi və digər istiqamətlərdə öz fikirlərini baş məşqçi ilə bölüşür, onu məsləhətləri ilə yönləndirir.

Şükürova nə lazımdır, nəticə. O da yavaş-yavaş gəlir. Böyük sözünə qulaq asan baş məşqçiyə bəxt də öz yardımını əsirgəmir.

«Araz-Naxçıvan» Qəbələdəki matça yaxşı başladı, ilk 15-20 dəqiqədə böyük ərazi üstünlüyü əldə etdi, 3 real qol vəziyyəti yaratdı.

Bu epizodların biri toru silkələməklə başa çatsaydı, «Kəpəz»in qapısını məğlubiyət zəngi çalacaqdı.

Oyunun əvvəli olmasa da, axırı adil oldu, «Qəbələ» ilə aradakı xal fərqi 6-ya çatdı.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti