“Biz Premyer Liqada qalmalıyıq, arxayınlaşmağa ixtiyarımız yoxdur"

5 Fevral 17:50 Kəpəz 784
“Biz Premyer Liqada qalmalıyıq, arxayınlaşmağa ixtiyarımız yoxdur"

"Kəpəz" Azərbaycan Premyer Liqasının 21-ci turunda Qəbələ şəhər stadionunda "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisiAdil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizim üçün vacib oyun idi. Bütün "Kəpəz" azarkeşlərini təbrik edirəm. Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları yerinə yetirdilər. Bizim qarşıda böyük işlərimiz var. Onlara hazırlaşmalıyıq. Rəqib bizə böyük çətinliklər yaşatdı. Əlimizə düşən imkanlardan istifadə etdik. Bunların üzərində işləmişdik. Bu, bizi çox sevindirir. Bundan sonra işimiz daha çətin olacaq.

- Müdafiədə yerdəyişmələr etdiz və bu özünü doğrultdu. Növbəti matçlarda da bunu etməyi planlaşdırırsınız?

- Hər futbolçu hər mövqedə oynamağı bacarmaıdır. Bununla bağlı onlarla danışırıq. Bu gün göstərdik ki, biz komandayıq və komanda oyunu göstəririk.

- Adama Nianenin qaçırdığı epizodlara görə əvəzlədiz?

- Niane yüksək səviyyəli futbolçudur. Onu əvəzləməyimizin səbəbi o idi ki, psixoliji gərginliyə düşməsin. Amili meydana buraxdıq və o da özünü doğrultdu.

- Üçüncü dövrəyə belə başlanğıc gözləyirdiniz?

- Biz qarşımıza hədəf qoymuşuq ki, Premyer Liqada qalaq. Bunun üçün də çalışrııq. Çempionatda qalmaq üçün hər oyunda qələbə qazanmalıyıq. Rəqibləri təhlil edirik, buna uyğun hücumlar həyata keçiririk. Futbolçular bu gedişlərə hazır olmağa başlayıblar.

- Standart vəziyyətlərin üzərində xüsusi olaraq çalışırsız?

- Bəli, təbii ki. Hər oyundan əvvəl bütün rəqibləri təhlil edirik. Bizim diqqətimizi cəlb edən məqamlardan istifadə edirik. Bu gün heç kimin gözləmədiyi oyunçunun önə çıxmasını planlaşdırmışdıq. Fiziki göstəricilərionə görə heç kim Ehtiramın orada olacağını gözləmirdi. Rəqib başqa oyunçulara diqqət ayırırdı. Ehtiram da bunun öhdəsindən gəldi.

- Amil Yunanovun performansından məmnunsuz?

- Çempionat uzundur, qarşıda iki dövrə var. Hər futbolçumuza güvən verməliyik. İstəmirdik ki, Niane qaçırdığı epizodlara görə psixoloji gərginlik yaşasın. Həmin stressi ondan almaq üçün əvəzlədik. Amil də sağ olsun əlinə düşən epizoddan istifadə etdi.

- "Qəbələ"dən 5 xal öndəsiz. Bu, komandada arxayınlıq yaratmır?

- Arxayınlaşmağa ixtiyarımız yoxdur. Biz Premyer Liqada qalmalıyıq. Mümkün qədər bizdən öndəki komandalara çatmaq istəyirik. Bütün fikrimiz budur. Arxaya çox da baxmırıq.

Digər Xəbərlər
Xəbər Lenti