Səhhətində problem yarandı – Bu gün "Kəpəz"i tək buraxdı

5 Fevral 2024 14:40 Kəpəz 626
Səhhətində problem yarandı – Bu gün "Kəpəz"i tək buraxdı

“Kəpəz”in daha bir futbolçusu Azərbaycan Premyer Liqasının 21-ci turunda “Araz-Naxçıvan”la keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Georgi Papunaşvili bu gün baş tutacaq görüşdə iştirak etməyəcək.

Buna səbəb 28 yaşlı gürcüstanlı futbolçunun səhhətində problem yaranmasıdır.

Onunla yanaşı, digər legionerlər Yeqor Xvalko, Mate Kvirkvia və yerli oyunçu Elmir Tağıyev cəzalı olduqları üçün məşqçilər korpusunun sərəncamında olmayacaqlar.

Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyunu saat 15:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti