Klubun rəhbərini təhdid edən keçmiş rəis geri çəkildi!

30 Yanvar 2024 16:40 Kəpəz 1 068
Klubun rəhbərini təhdid edən keçmiş rəis geri çəkildi!

“Kəpəz”in keçmiş rəsmisi sosial şəbəkə hesabındakı hədə dolu paylaşımları silib.

Klubun Təhlükəsizlik Departamentinin sabiq rəis Elmar Əliyev bu addımı şərh vermədən atıb.

Hansı səbəbdən, kiminsə istəyi və ya tələbi, yoxsa öz xoşu ilə - bunu dəqiq demək çətindir.

Maraq üçün bildirək ki, iki ay əvvəl tutduğu vəzifədən azad edilən Əliyev yanvar ayında “feysbuk” hesabı üçün videoçəkilişlər edərək, klubun İdarə Heyətinin sədri İlqar Nadiriyə meydan oxuyur, “Kəpəz”də pul yeyintisinin olduğunu iddia edir, gəncəli veteranları səsinə səs verməyə çağırırdı.

İzləyicilərinə zamanla bir çox faktların üsütünü açacağını bildirirdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti