O illərdə ilişib qalan - Baş məşqçi nəyin xiffətini çəkirmiş, görün!

28 Yanvar 23:45 Kəpəz 651
O illərdə ilişib qalan - Baş məşqçi nəyin xiffətini çəkirmiş, görün!

Azər Məmmədovun gedişindən sonra «Kəpəz»də bir canlanma yaranıb.

Adil Şükürov özündən əvvəlki həmkarı kimi qorxaq futbol oynatmır komandaya.

Yeni baş məşqçi 3 aydan artıqdır görəvinin icrasını davam etdirir. Dirçəliş uzaq kəndin yamacından da aydın görünür.

«Qarabağ»a dirənən «Kəpəz» Premyer Liqada qalacaq. Mən sırf bu oyunda izlədiyim «Kəpəz»dən danışıram. Gümanımın gerçək olub-olmayacağı mayda bilinəcək, ovaxtadək isə xeyli tur qalıb hələ.

Adil Şükürov əməliylə yuxudan oyatdığı «Kəpəz»i diliylə məhv eləəsə yaxşıdır. Açığı, bəndəniz ən çox bu məqamdan ehtiyatlanır.

Məsələn, «Qarabağ»a uduzduqları oyundan sonra deyir ki, əvvəlki «Kəpəz»i geri qaytarmaq istəyirik.

Əcəba, o, «əvvəlki «Kəpəz» deyəndə, hansı dönəmi nəzərdə tutur? Özünün bu formanı geyindiyi vaxtları?

Eh, adam, adam… Nə Mehman Allahverdiyev buradadır indi, nə də çempionat həmin çempionatdır.

Bugünkü bazarda Allahverdiyev kimi kadrlara yer yoxdur, oyun «alver»inin metodu, «qayda-qanun»u, «yol»u, «iz»i də dəyişib.

Allahverdiyev «Kəpəz»i o dövrün tələbləri, şəraiti və şərtləri daxilində çempion edib. Bunu görən görüb, bilən bilir.

Heç ağlıma da gəlməzdi ki, Adil Şükürov futbol oynadığı illərin xiffətini çəkir. Gör, nə qədər geridə qalıb e!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti