Premyer Liqa təmsilçisi baxışa gələn legionerlə bağlı yekun qərarını verdi

28 Yanvar 2024 16:40 Kəpəz 3 308
Premyer Liqa təmsilçisi baxışa gələn legionerlə bağlı yekun qərarını verdi

“Kəpəz” baxışa çağırdığı Yovan Krneta ilə bağlı yekun qərarını verib.

Baş məşqçi Adil Şükürov “Zirə”dən tanıdığı legionerin hazırkı performansından razı qalmayıb.

Formasından uzaq olan serbiyalının özünə gəlməsi üçün minimum 2-3 ay lazımdır.

Şükürovun isə belə zamanı yoxdur.

Ona görə də 31 yaşlı müdafiəçinin düşərgədən göndərilməsi qərara alınıb.

Arxa xətt oyunçusu karyerası ərzində ölkəsində “Partizan”, “Srvena Zvezda”, “Radniçki”, “İndjiya” , Ukraynada “Çernomorets”, Yunanıstanda “Levadiakos” və Monteneqroda “Rudar” klublarının formasını geyinib.

O, 2015-2018 və 2020-ci illərdə “Zirə”də çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti