“Qarabağ”a uduzdular, “futbolçularıma təşəkkür edirəm” dedi

27 Yanvar 17:50 Kəpəz 461
“Qarabağ”a uduzdular, “futbolçularıma təşəkkür edirəm” dedi

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın 20-ci turunun "Qarabağ"la oyunundan (1:2) sonra keçirilmiş mətbuat konfansında sualları cavablandırıb.

- Futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları maksimum yerinə yetirnməyə çalışdılar. Oyunun sonlarında bir az konsentrasiya itdi. Əsas məqsədimiz əvvəlki "Kəpəz"i geri qaytarmaqdır. Bunun üçün də çalışırıq.

- "Qarabağ" 10 nəfərlə oynayırdı. Amma sanki azlıqda olan tərəf siz idiniz...

- Məqsədimiz o idi ki, daha çox top saxlayıb vaxtımızı gözləyək və qol vuraq. Uşaqlar çalışdılar, amma alınmadı.

- Adama Nianenin "Səbail"ə keçəcəyi deyilir. Bu, nə dərəcədə həqiqətdir?

- Elə bir şey yoxdur. Adama bizim futbolçumuzdur. Onunla söhbət etmişik. Hələ ki, bizimlə davam edir.

- Demək olar ki, bu gün keyfiyyət əzmkarlığa qalib gəldi?

- Ümumi olaraq razıyam. Amma bu gün meydana daha çox mübarizə aparan futbolçuları buraxmışdıq.

- Penalti epizodunu necə şərh edərdiniz?

- Zubir meydana çıxandan sonra sağ cinahdan daha çox təqyiq oldu. Həmin epizodda ani diqqətsizlikdən penalti ilə nəticələndi.

Digər Xəbərlər
Xəbər Lenti