"Kəpəz"dən "Qarabağ"la bağlı iddialı açıqlama: "Onların gücü hamıya bəllidir, amma..."

26 Yanvar 16:20 Kəpəz 482
"Kəpəz"dən "Qarabağ"la bağlı iddialı açıqlama: "Onların gücü hamıya bəllidir, amma..."

"Kəpəz"in müdafiəçisi Vüsal Məsimov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 19-cu turunda "Turan Tovuz" üzərində qazanılan qələbəni şərh edib:

"Ağır oyun olacağını bilirdik. Belə də oldu. Onsuzda, qərb derbisi hər zaman ağır keçir. Atmosfer də çətindir. Buna baxmayaraq biz qalib gəlməyi bacardıq".

Gəncə klubunun müdafiəçisi Premyer Liqanın 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən də gözləntilərini bildirib:

"Qarabağ"la oyuna çox yaxşı hazırlaşırıq. Bir günlük istirahətdən sonra məşqlərə start vermişik.

Çalışacağıq ki, bu matçda xal qazanaq. "Qarabağ"ın gücü hamıya bəllidir, Premyer Liqamızın lideridir.

Buna rəğmən, biz öz gücümüzü göstərəcəyik, meydana xal üçün çıxacağıq. Ev oyunlarından maksimum xal qazanmağa çalışırıq.

Düzdür, evdə, azarkeşlərimizin qarşısında oynamırıq. Amma istənilən halda, azarkeşlər bizi heç vaxt tək buraxmır".

"Kəpəz" - "Qarabağ" görüşü sabah Qəbələ şəhər stadionunda keçiriləcək və oyuna 15:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti