Azərbaycandakı portuqaliyalı sol əlinin sirrini dedi

25 Yanvar 23:40 Kəpəz 451
Azərbaycandakı portuqaliyalı sol əlinin sirrini dedi

“Kəpəz”in qapıçısı İqor Rodriqesin özünəməxsus inancı var.

Portuqaliyalı hər dəfə rəsmi matç zamanı meydana ayaq basanda sol əlini göyə qaldırır.

Bu hala bir-iki dəfə şahidlik edənlər 28 yaşlı kiperin tribunada kiməsə mesaj göndərdiyini düşünə bilər.

İqor analoji hərəkəti “Turan Tovuz”la matçdan əvvəl də etdi. Sol əlini göyə qaldırıb bir neçə saniyə o vəziyyətdə saxladı.

Qarşılaşma başa çatandan sonra “Kəpəz”in futbolçusundan bunun səbəbini soruşanda məlum oldu ki, bu, Rodrigesin inanc növüdür.

O, sol əlini göyə qaldırmaqla Allahdan oyunu zədəsiz, sağlam başa vurmağı, komandası üçün sərfəli nəticə qazanmağı diləyir.

Bunu təkcə Azərbaycanda etmir. Bura gələnə qədər oynadığı komandalarda da eyni hərəkətlə diqqət çəkib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti