“Komandamız sonuncu yerlərdə gedirsə, kimdir mənə baxan?”

24 Yanvar 20:00 Kəpəz 601
“Komandamız sonuncu yerlərdə gedirsə, kimdir mənə baxan?”

“Açığı, milli komanda barədə düşünmürəm.

Bəlkə də məni izləyirlər, dəqiq bilmirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in legioneri Yeqor Xvalko Belarus yığmasında oynamaq perspektivi haqda danışarkən deyib.

26 yaşlı mərkəz müdafiəçisi Azərbaycanda legioner həyatı yaşasa da, ölkəsinin millisinə dəvət almır.

Halbuki gənc yaşlarında Belarusun bütün yaş qruplarından ibarət yığma komandalarının şərəfini qoruyub.

Yeqor hər bir futbolçunun arzu etdiyi formanı geyinə bilməməsinə iki səbəb göstərib:

“Belə bir şansım olsa, bundan qürur duyaram. Millidəki mərkəz müdafiəçiləri Azərbaycan Premyer Liqasından daha güclü liqalarda oynayırlar.

Yəqin ki, dəvət göndərəndə bu nüansı nəzərə alırlar. Digər tərəfdən, millimiz üç mərrkəz müdafiəçisi ilə çıxış edir ki, hazırda yığmanın formasını geyinənlər uzun müddətdir birlikdə çıxış edirlər.

Bəlkə də 2 ildən çoxdur. Aralarında anlaşma səviyyəsinin yüksək olduğunu deməliyəm.

Bir də ki, “Kəpəz” sonuncu yerlərdə gedirsə, kimdir mənə baxan? Futbolçunu milliyə dəvət edəndə, komandasının çempionatdakı vəziyyətinə də baxırlar”.

2022-ci ilin yayından “sarı-göylər”in şərəfini qoruyan Xvalko ilyarım ərzində 49 oyunda “Kəpəz”in şərəfini qorumaqla 2 qola imzasını yazdırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti