Gəncəlilər əsl “Neftçi” ab-havası yaratdı - Qəbələdən VİDEO

23 Yanvar 23:40 Kəpəz 433
Gəncəlilər əsl “Neftçi” ab-havası yaratdı - Qəbələdən VİDEO

“Kəpəz” Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başladı.

Adil Şükürovun gəlişindən sonra yüksəliş dövrü yaşayan “sarı-göylər” qərb derbisindən 3 xalla ayrıldı.

“Turan Tovuz”un 9-cu dəqiqədən azlıqda qalmasından istifadə edən nominal meydan sahibləri yekunda 2:1 hesabı ilə qələbə qazandı.

Oyun başa çatandan sonra gəncəli azarkeşlərin sevincini görməyə dəyərdi. Tribuna fədailəri futbolçuları yanlarına səsləyib, qələbəni birlikdə qeyd etməyi planlaşdırmışdı ki, istəkləri baş tutdu.

Əsasən “Neftçi”nin qələbə qazandığı oyunlardan sonra görməyə alışdığımız ab-havaya bu dəfə “Kəpəz” azarkeşlərinin ifasında Qəbələdə tamaşa etdik.

Buyurun, siz də baxın.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti