Bu adam 2 ildən çoxdur klub tapmayan legioneri Azərbaycana qaytardı - SON DƏQİQƏ

22 Yanvar 16:00 Kəpəz 3 371
Bu adam 2 ildən çoxdur klub tapmayan legioneri Azərbaycana qaytardı - SON DƏQİQƏ

“Kəpəz” baxışa yeni legioner çağırıb.

Adil Şükürov "Zirə"dən tanıdığı Yovan Krnetanı düşərgəyə dəvət edib.

31 yaşlı serbiyalı hazırda buradadır və qarşıdakı bir neçə gün ərzində yoxlanışdan keçəcək.

Balkanlı müdafiəçi keçmiş baş məşqçisinin etimadını doğruldarsa, onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq.

Yovan Krneta 2015-18-ci illər aralığında "Zirə"nin şərəfini qoruyub.

O, həmçinin ölkəsinin "Teleoptik", "Srvena Zvezda", "Sopot", "Radinçki", Ukraynanın "Çernomorets və Yunanıstanın "Levandiakos" klublarının formasını geyinib.

2020-ci ildə yenidən Azərbaycana dönüb. Budəfəki səfər cəmi altı ay çəkib Krneta növbəti ili yerli “İndija”da keçirib. Aldığı ağır zədələrə görə son 2,5 ildə futboldan kənarda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti