Tanınmış qardaşlar qorxur, yoxsa qəsdən susur? - İTTİHAM DOLU VİDEO

22 Yanvar 16:40 Kəpəz 647
Tanınmış qardaşlar qorxur, yoxsa qəsdən susur? - İTTİHAM DOLU VİDEO

«Kəpəz»in mühafizə xidmətinin sabiq rəisi Elmar Əliyev klubun İdarə Heyətinin sədri İlqar Nadiriyə qarşı ittihamlarına ara vermir.

Ötən ilin payızında görəvdən alınan eks funksioner bu dəfə də onun əməlləri barədə danışıb.

Sosial şəbəkədə canlı yayım açan Əliyev gəncəli futbol veteranlarına səslənib. O. Yunis Hüseynov, Asif Əliyev, Azər Məmmədov və digərlərinin adlarını çəkib, onları da Nadirinin fəaliyyəti haqda danışmağa çağırıb.

Bildirib ki, «Kəpəz»in üzləşdiyi böhrana biganə qalmayan cəmi 3-4 veterandır, qalanları isə gözləmə mövqeyi tutub. Keçmiş rəis Mehman və Füzuli Allahverdiyev qardaşlarını da bu siyahıya əlavə edib.

Deyib ki, klubun tarixində silinməz izlər buraxmış qardaşlar indi kənarda dayanmağa və susmağa üstünlük verir.

Əliyev bütün bunlara rəğmən, sədrin ifşasına ara verməyəcəyini söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti