Bu gün Premyer Liqada qış fasiləsi başa çatır. «Kəpəz» 2024-cü ilin ilk rəsmi qarşılaşmasına sabah çıxacaq.
Stadionu təmirə bağlanan Gəncə təmsilçisi «Turan Tovuz»u Qəbələdə qəbul edəcək.
Qərb komandası yalnız qərb derbisini burada keçirəcək.
Adil Şükürovun çalışdırdığı kollektiv daha sonra Bakıya üz tutacaq. Qarşıdakı turlarda rəqiblərini məhz burada - Mərdəkanda qonaqlayacaqlar.
Bu, AFFA-nın köməkliyi sayəsindədir.
Belə ki, «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri federasiya mənsubları ilə görüşərək, maliyyə çatışmazlığı ilə üzləşdiklərini, Qəbələdə oyun keçirməyin onlara baha başa gəldiyini bildirib.
Belədə qurum daha aşağı məbləğ qarşılığında öz balansında olan stadionun qapılarını onların üzünə açıb.
SPORTİNFO.AZ

