"Gərək əlavə sponsor olsun ki, legioner sifariş eləyə bilək, o da yoxdur"

15 Yanvar 2024 16:00 Kəpəz 1 131
"Gərək əlavə sponsor olsun ki, legioner sifariş eləyə bilək, o da yoxdur"

«Bu qış legioner transfer etməyəcəyik».

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri Sportinfo.az-a açıqlamasında belə deyib.

Hədəfi Premyer Liqada qalmaq olan Gəncə təmsilçisi yenidən maddi sıxıntıları ilə üzləşib. Klubun rəhbəri bildirib ki, öncə 2 əcnəbi futbolçu gətirmək fikirləri olsa da, indi bu plan dəyişib:

«Onun üçün maliyyə olmalıdır. Hazırda 10 legionerimiz var.

Birini gətirsək, Peşəkar Futbol Liqasına 10 min manat köçürməliyik. İkincisini gətirsək, 20 min manat verməliyik.

Legionerlərə ödəmə dollarla edilir. Hələ onun qalmaq, yemək və bilet pulu…

Bütün bunları üst-üstə gəlsək, xeyli pul edir. Gərək əlavə sponsor olsun ki, legioner sifariş eləyə bilək. O da yoxdur.

Klubun xərcləri təkcə futbolçuların maaşlarından ibarət deyil. Başqa məsrəflər də çoxdur.

«Kəpəz» doğma şəhərdən uzaq düşmüş klubdur. Orada-burada oynamağın özü xeyli pul aparır.

Bu vəziyyətdən baş məşqçimiz xəbərdardır. Adil Şükürovla hər şeyi danışıb məsləhətləşmişik.

İndi iki-üç yerli futbolçunu gətirməklə kifayətlənəcəyik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti