"Qəbələ" öz qapısına qol vurdu, "Kəpəz" qalib gəldi

10 Yanvar 2024 16:10 Kəpəz 954
"Qəbələ" öz qapısına qol vurdu, "Kəpəz" qalib gəldi

Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda yoxlama oyununda üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan “Qəbələ” ilə “Kəpəz” qarşılaşıblar.

Qəbələ şəhər stadionunda təşkil olunan matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin heyətində Ülvi İsgəndərov 13-cü dəqiqədə hesabı açıb.

Qonaqlardan Georgi Papunaşvili 25-ci dəqiqədə tarazlığı bərpa edib. "Qəbələ"nin müdafiəçisi Murad Musayev isə 32-ci dəqiqədə avtoqol müəllifi olub.

Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. Həmin gün “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.

14 xala malik komandalar 9-10-cu yerləri bölüşdürürlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti