Klub rəhbərliyi baş məşqçinin planlarını pozdu – Almayacaqsan, pul çatmır

10 Yanvar 2024 22:20 Kəpəz 1 523
Klub rəhbərliyi baş məşqçinin planlarını pozdu – Almayacaqsan, pul çatmır

«Kəpəz» rəhbərliyi Adil Şükürovu məyus edib.

Ayyarım öncə görəvə gətirilən baş məşqçi bu qış fasiləsində sərəncamında yeni legioner görə bilməyəcək.

O, komandanı 2 əcnəbinin hesabına gücləndirmək istəsə də, rəsmilər maliyyə imkanının olmadığını deyərək, onun bütün planlarını pozub.

Şükürovun diqqətinə çatdırılıb ki, hazırda düşərgədə yer alan legionerlərin xərclərini qarşılamağa çətinlik çəkirlər və ilk fürsətdə bu sayı azaldacaqlar.

Premyer Liqanın 18 turu ərzində 14 xal toplayan Gəncə təmsilçisi turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Qərb kollektivi bu mövsüm 10 legionerlə müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti