«Kəpəz»in təhlükəsizlik xidmətinin keçmiş rəisi Elmar Əliyev şok video yayıb.
O, sosial şəbəkə hesabında yayım təşkil edərək, klubun İdarə Heyətinin sədri İlqar Nadirinin fəaliyyəti barədə danışıb.
İki ay öncə Gəncə təmsilçisindən uzaqlaşdırılan sabiq funksioner özündən sonra oğlunun da görəvdən alındığını bildirib.
Əliyev iddia edib ki, Nadiri «Kəpəz»i şəxsi supermarketinə çevirib və burada şübhəli maliyyə əməliyyatları həyata keçirir.
Sədrin Yaşar Vahabzadə, Tərlan Əhmədov və Azər Məmmədovun əleyhinə fəaliyyət göstərdiyini, azarkeşləri onların üzərinə qaldırdığını, adları çəkilən baş məşqçilərin ünvanına «istefa» şüarları səsləndirməyə şərait yaratdığını, Gəncə futbolu üsün əziyyətləri olmuş Mehman Allahverdiyev, Xaliq Mərdanov, Füzuli Allahverdiyev kimi şəxsləri özündən uzaqlaşdırdığını, bilet satışından, başqa işlərdən pul qazandığını deyib.
Təhlükəsizlk xidmətinin eks rəisi İ.Nadirinin «Kəpəz»dən getməsi üçün əlindən gələni edəcəyini və bildiyi bütün başqa faktları da açıqlayacağını söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

