Premyer Liqanın ən yaşlı “əjdaha”sı 2024-dəki “Əjdaha”dan nə gözləyir?

8 Yanvar 2024 21:00 Kəpəz 783
Premyer Liqanın ən yaşlı “əjdaha”sı 2024-dəki “Əjdaha”dan nə gözləyir?

“İllərin düşər-düşməzinə inanmıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in müdafiəçisi Vurğun Hüseynov deyib.

2024-cü il Şərq astrologiyasına görə, çox qeyri-adi varlıq olan Əjdaha ili üzərində təhvil olur.

Çin astroloqlarına görə, əzəmət və gücdən savayı, sehirli Əjdahaya emosionallıq, xarizmatiklik, hər zaman diqqət mərkəzində olmağa can atmaq və parlamaq kimi xüsusiyyətlər xasdır.

Astroloqların proqnozlarına inansaq, 2024-cü il Əjdaha ilində doğulanlar üçün düşərli olacaq.

Hazırda Premyer Liqada top qovan Əjdaha ilində doğulan futbolçular arasında ən təcrübəlisi Vurğun Hüseynovdur.

Maraqlıdır, 1988-ci il təvəllüdlü müdafiəçi 2024-dəki “Əjdaha”dan nə gözləyir? Onu dinləyək:

“Hər birimizə yazılmış qədər var, onu yaşayırıq. 2012-də çətin dövr olubsa, inşallah, 2024-də hər şey yaxşı olar.

2024-cü ildə tək özüm yox, xalqımız üçün düşərli və sağlam həyat arzulayıram.

Özümə, ailəmə, doğmalarıma nə diləyirəmsə, eynisini Azərbaycan xalqına arzulayıram.

Arzu edirəm ki, bu ildə “Kəpəz”lə uğurlu nəticələr qazanaraq azarkeşlərimizi sevindirək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti