"Kəpəz"in "Sabah"ın yarımmüdafiəçisi Camal Cəfərovu icarəyə götürməsini xəbər vermişdik.
Bölgə təmsilçisi U-21 yığmamızın üzvünü 5 aylıq sıralarına qatıb.
Amma tərəflər arasında danışıqların müsbət yekunlaşmasından bir həftədən çox zaman keçsə də yeni transfer hələ də "Kəpəz"in düşərgəsinə qoşulmayıb.
Bu da səbəbsiz deyil.
Belə ki, qış fasiləsində dincəlmək üçün Dağıstana gedən yarımmüdafiəçi vətənində virusa yoluxub.
Digər futbolçuların da virusa yoluxmasından ehtiyat edən baş məşqçi Adil Şükürov hazırda müalicəsi ilə məşğul olan Camala tam sağalana kimi icazə verib.
O, yalnız bundan sonra yeni komandasına qoşula biləcək.
21 yaşlı futbolçunun "Sabah"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Gənclər millimizin üzvü bu mövsüm "Sabah" formasında cəmi 1 bir matçda meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

