"Kəpəz” Abdullah Şuaybu məsələsində istədiyi sonluğa çata bilməyib.
Bölgə klubu bu səbəbdən nigeriyalı legionerlə bağlı bütün təməsları dayandırıb.
Səbəb futbolçunun klubun istəyini yerinə yetirməməsi olub.
Belə ki, “Kəpəz” rəsmiləri hücumçudan klinikaların birindən sağlamlıq haqqında arayış almasını tələb edib.
Uzun müddət afrikalıdan müsbət cavab gəlməyincə baş məşqçi Adil Şükürov üçün məsələ birdəfəlik qapanıb.
Şuaybu ötən ötən ilin noyabrında Azərbaycanı tərk edib.
Buna səbəb onda Hepatit virusunun aşkar olunması olub.
2021-ci ilin yayında “Şerif”dən "Kəpəz"ə gəlmiş forvard bölgə klubunda keçirdiyi 45 matçda 13 qol, 5 asistlə yadda qalıb.
O, bu mövsüm 9 görüşdə meydana çıxıb və 1 qol vurub.
XANOĞLAN / SPORTİNFO.AZ

