Mövsümə “Səbail”də başlayan Amil Yunanov karyerasını “Kəpəz”də davam etdirəcək.
31 yaşlı hücumçu icarə əsasında mövsümün sonuna qədər qərb təmsilçisinin uğurları üçün tər tökəcək.
Əslən Tovuzdan olan Amilin Gəncə klubuna gəlişi azarkeşlər tərəfindən böyük sevinclə qarşılanıb. Bunu görmək üçün klubun sosial media səhifələrində yerləşdirilən anons paylaşımlarının rəy bölməsinə yazılanlara baxmaq kiffayət edir.
Yunanovun komandaya kömək edəcəyini düşünənlər çoxluq təşkil edir. Tovuzlu futbolsevərlər isə tovuzlu futbolçunun Gəncə təmsilçisinə kömək edəcəyinə görə “Kəpəz”ə “ilişir”:
“Möhtəşəm! Canını meydanda qoyan oyunçudur”.
“Xoş gəldin. Uğurlar arzu edirəm. Düşünürəm ki, ayağı komandamıza düşərli olacaq”.
“Yeri var. Xeyri dəyəcək 100 faiz. Kaş ki, çempionatın əvvəlində gələrdi”.
“Daha bir tovuzlu”.
“Sumqayıt”dakı Amil kimi gəlsin təki”.
“İnşallah, əvvəlki vaxtlarını xatırladar”.
“Yaxşı hücumçudur. Xeyirli olsun təki”.
“Daha bir tovuzlu. Xeyirli olsun”.
“Mövsümün sonuna kimidir. Çox sevinməyin”.
Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçisi olduğu dövrdə yığmada 3 matçda forma şansı qazanan futbolçu Premyer Liqada 2012-ci ildə “Qəbələ”nin heyətində debüt edib.
Forvardın ən parlaq vaxtları “Sumqayıt”da oynadığı dönəmə təsadüf edib. Burada çıxış etdiyi 4 mövsümdə Premyer Liqada vurduğu 28 qolla yadda qalıb.
Ötən mövsüm “Şamaxı”da 22 görüşdə 7 dəfə fərqlənən Yunanov cari futbol ilində elitada qol hesabını açmayıb.
HƏBİB / SPORTİNFO.AZ

