Gəncə Futbol Akademiyasının açılış tarixi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, akademiyanın binası yanvarın 11-də istifadəyə veriləcək.
Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib.

