“Borcumuzu hissə-hissə ödəyirik, yekunlaşmaq üzrədir”

6 Yanvar 2024 15:15 Kəpəz 1 573
“Borcumuzu hissə-hissə ödəyirik, yekunlaşmaq üzrədir”

“Borcla bağlı problem olsaydı, yenidən Qəbələdə oynamaq istəməyimiz hər halda düzgün olmazdı”

Bu açıqlama “Kəpəz”inmətbuat xidmətindən Sportinfo.az-a verilib.

Bir müddət öncə xəbər verdiytimiz kimi, “sarı-göylər“in “Qəbələ“yə borcu var. Bu borc ötən mövsümdən qalıb.

Gəncə stadionunun vəziyyətinə görə bir neçə oyunu Qəbələdə keçirən “Kəpəz“in üst-üstə 25 min manat məbləğində bir borcundan danışırıq.

Artıq o da məlumdur ki, «Kəpəz»in Premyer Liqanın 19-cu turu çərçivəsində «Turan Tovuz»la qarşılaşmsı Qəbələdə baş tutacaq.

Bu təşəbbüs «Kəpəz»dən gəlib və Peşəkar Futbol Liqası onların qaldırdığı təkliflə razılaşıb.

Bilindiyi kimi, Gəncə klubu 2 aya yaxındır doğma şəhərdən uzaq düşüb.

Şəhər stadionunun təmirə bağlanmasıyla əlaqədar. «Turan» qonşu şəhərin təmsilçisinə öz qapılarını açıb. Cüzi məbləğ qarşılığında.

Derbi bir başqa mahiyyət daşıyır. «Kəpəz»in baş məşqçisi Adil Şükürov fikirləşib ki, oyun Tovuzda təşkil olunsa, yerli publika stadiona axın edəcək.

Halbuki nominal ev sahibi onlardır. Bu və digər amilləri nəzərə alan baş məşqçi rəhbərlikdən yanvarın 21-dəki görüş yerinin Tovuzdan Qəbələyə dəyişdirilməsini istəyib.

“Kəpəz”in mətbuat xidmətindən bildirilib ki, matçın sözügedən rayonda təşkili üçün problem yoxdur:

“Bizim Qəbələdə otelə odənişimiz qalmışdı. Onu da hissə-hissə ödəyirik.

Aramızdakı razılığa əsasən, borcun qaytarılması prosesi yekunlaşmaq üzrədir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti