"Kəpəz"in yeni transferi Amil Yunanov Sportinfo.az-a açıqlama verib.
Forvard ilk öncə "Səbail"i bölgə klubuna dəyişməsindən söz açıb:
"Daha əvvəldən müəyyən təkliflər olduğunu bilirdim, sadəcə, rəsmi nəsə yox idi. Amma sonra klubdan bildirdilər ki, "Kəpəz"dən təklif var.
Mən də təklifə isti yanaşdım. Çünki daha çox oynamağım üçün yaxşı variant idi.
Daha sonra Adil müəllimlə danışdıq. Hiss etdim ki, komandasında olmağımı ürəkdən istəyir".
30 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında "Kəpəz"də çıxış edəcək.
Amil Yunanov bu mövsüm "Səbail"də ümumilikdə 14 oyuna çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib.
XANOĞLAN

