“Kəpəz” 3-nü gətirdi, qaldı 1-i

5 Yanvar 2024 22:20 Kəpəz 1 989
“Kəpəz” 3-nü gətirdi, qaldı 1-i

“Kəpəz” qış hazırlığına yanvarın 4-də start verəcək.

Növbəti iki gün ərzində əcnəbi futbolçular kollektivə qoşulandan sonra “sarı-göylər” tam heyətlə məşqlərini davam etdirəcək.

Qərb təmsilçisi yanvarın 10-da Qəbələdə yerli komanda ilə oyunda qüvvəsini sınayacaq. Yanvarın 15-dəki rəqibin adı isə Birinci Liqa təmsilçisi “İmişli”dir.

Komandalar arasındakı sınaq matçı Gəncə şəhər stadionundakı təbii örtüklü meydanda baş tutacaq.

Hazırda baş məşqçi Adil Şükürovu qayğılandıran əsas məsələ ehtiyac duyduğu mövqelərin gücləndirilməsidir.

Hücumdakı narahatlığı təcrübəli Amil Yunanovla unutdurmağa çalışan “Kəpəz” sağ cinah yarımmüdafiəçisi mövqeyinə Camal Cəfərovu cəlb edib.

“Qarabağ”dan Nihat Qurbanlının icarəyə götürülməsi ilə yarımmüdafiədəki çatışmazlıqlar tam həllini tapacaq.

Hazırda əsas sual mərkəz müdafiəçi ilə bağlıdır. Şükürov sol ayağı işlək olan arxa xətt oyunçu axtarır. Büdcədəki kasadlığı nəzərə alsaq, Adil bəy məsələni yerli futbolçunun hesabına həll etməyə çalışır. Hələ ki, siyahıda belə biri yoxdur.

Belədə ümid qalır legioner oyunçuya. Ancaq bu məqamda da əmma var. Əcnəbinin istəyəcəyi aylıq əməkhaqqı yüksək olmamalıdır.

“Kəpəz”in təklif etdiyi pula uyğun əcnəbi tapılsa, həmin futbolçu xaricdən gətiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti