Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox...

1 Dekabr 2023 03:20 Kəpəz 815
Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox...

“Kəpəz” Azərbaycan Kubokunda 50-ci ev oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bu, II təsnifat mərhələsinə təsadüf edib.

Gəncə təmsilçisi “Baku Sportinq”ə 2:0 hesabı ilə qalib gəlib. Qərblilər kubokdakı 50 ev oyununda 31 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.

“Kəpəz” ölkə kuboku tarixinə öz meydanında 50 və daha çox matç keçirən 4-cü komanda kimi düşüb. Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox görüşə çıxıb.

“Kəpəz” kubokda ilk matçını 1993-cü ildə 1/32 finalda “Nicat”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi